line

Nəşrlər

line

Dirijorun əlində böyük qüvvə var…

Orkestr-dirijorun yönəltdiyi səs düzümü…

Böyük orkestrə rəhbərlik etmək hardasa kiçik bir dövləti idarə etməyə bənzəyir. Burada onlarla insan dirijor pultu arxasında yellənən o sehirli çubuğun işarətiylə hərəkətə gəlir. Cüzi yanlışlığa belə yer yoxdu, hər şey bir anda alt-üst ola bilər. Orkestr dirijorun yönəltdiyi səs düzümüdür, nə olur-olsun o düzümün pozulmasına, səs qeybinə yol verməyəcəksən.  Bu harmoniya pozuldumu, gəl yaranan xaosun qarşısında dayan görüm, necə dayanırsan...